Agentlik sədri: "ASAN xidmət" dövlət-özəl tərəfdaşlığı platformasına çevrilib
"ASAN xidmət" dövlət-özəl tərəfdaşlığı platformasına çevrilib.
"Report" xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "Baku TV"yə müsahibəsində deyib.
Onun sözlərinə görə, burada əsas məqsəd vətəndaş məmnunluğunu təmin etməkdir:
"Tutaq ki, vətəndaş bura hansısa bir məsələ üçün gəlir, eyni zamanda bank, sığorta, hüquqi, tərcümə və digər bütün məsələlərlə bağlı xidmətləri ala bilir. Bir sözlə, vətəndaş bir binaya gəlməklə bir neçə problemi eyni anda həll etmək imkanına sahib olur".
Ü.Mehdiyev bildirib ki, növbəti beş il ərzində "ASAN xidmət"də çeşidliliyin artırılması, eyni zamanda, xidmət proseslərinin rəqəmsallaşdırılması ilə bağlı, xüsusilə də süni intellektin yaratdığı imkanlardan faydalanmaq üçün bu istiqamətdə həllərin tətbiqi Agentliyin əsas hədəflərindəndir.
Agentlik sədri həmçinin "Mister ASAN" adlı süni intellekt köməkçisi ilə bağlı da bəzi detalları açıqlayıb:
"Bu süni intellekt köməkçisi mənə hər həftə "ASAN xidmət"də baş verən proseslər, yəni daxil olan müraciətlər, orta gözləmə və xidmət müddəti və digər məsələlər barədə email məktub göndərir. Hətta yekunda müşahidələrinə əsasən tövsiyələr də verir. Biz bu tövsiyələr əsasında müzakirələr aparır, daha operativ xidmət üçün qərarlar veririk".
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
"Süni intellektin mediada tətbiqi" mövzusunda seminarlara başlanılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
"Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
-
Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı
-
İntensiv yağış yağacaq, sel keçəcək - Əhaliyə XƏBƏRDARLIQ
-
Nilüferin övladlığa götürdüyü 26 yaşlı qızı evləndi













