Gündüz İsmayılov: Dini sabitliyin qorunmasında birgə məsuliyyət çox vacibdir
Far.Az xəbər saytı

Gündüz İsmayılov: Dini sabitliyin qorunmasında birgə məsuliyyət çox vacibdir


Dini sabitliyin qorunmasında birgə məsuliyyət çox vacibdir.

"Report"un Şimal bürosu xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Qusarda Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda keçirilən tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün din mövzusu, xüsusilə, rəqəmsal mühitdə ən aktual mövzulardan biridir:

"Eyni zamanda, həssas mövzudur. Bu da həm cəmiyyətin həssaslığı, həm də sabitliyin qorunması baxımından media ilə dini qurumların, o cümlədən dini icmaların və din xadimlərinin sıx əməkdaşlığını, birgə fəaliyyətini zəruri və qaçılmaz edir".

G.ismayılov bildirib ki, konfransda yalnız müsəlman deyil, həm də sinaqoqlarda və kilsələrdə fəaliyyət göstərən din xadimləri iştirak edirlər:

"Azərbaycanın şimal bölgəsi tolerantlıq və multikulturalizm baxımından bir modeli sayıla bilər. Bu coğrafiyada həm müsəlmanlar, həm xristianlar, həm də yəhudi icması yaşayır. Media nümayəndələri həm məscidlərdə, həm sinaqoqlarda din xadimlərinin fəaliyyəti, ümumilikdə isə bu ibadət evlərinin işi ilə tanış ola biləcəklər. Əsas məqsədimiz həssas bir sahə olan dini məsələlərin rəqəmsal mediada, ümumiyyətlə, mətbuatımızda müzakirəsinin hansı kontekstdə aparılmasıdır. Eyni zamanda, məsuliyyətin doğurduğu bu həssaslığın obyektivliklə sərhədlərini birlikdə müzakirə etməyə çalışacağıq".

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər