Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Şamaxı rayonunda fəaliyyət göstərən din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər. Səfər zamanı iştirakçılar Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Çöl Qala, Saatlı və Mamayı, Ağdam rayonundakı Cümə və Qiyaslı məscidlərində, həmçinin Zəngilan məscidində olublar. Onlara abidələrin tarixi və memarlıq xüsusiyyətləri, işğal dövründə məruz qaldıqları dağıntılar, eləcə də işğaldan azad olunduqdan sonra həmin dini-mədəni irs nümunələrində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bərpa işləri barədə ətraflı məlumat verilib.
Far.Az xəbər verir ki, ziyarətlər zamanı işğal dövründə dağıdılmış və ya ciddi zərər görmüş tarixi-dini abidələrin mövcud vəziyyəti, onların bərpası istiqamətində dövlət tərəfindən görülən sistemli tədbirlər iştirakçıların diqqətinə çatdırılıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və yenidənqurma proqramlarında dini və mədəni irsin qorunması xüsusi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bir çox layihələr icra olunur. Fondun dəstəyi ilə bölgədə yerləşən dini abidələrin, ziyarətgahların restavrasiyası istiqamətində mühüm işlər görülür.
Qeyd edək ki, belə səfərlər din xadimlərinin tarixi abidələrimizin bərpası və regionda aparılan yenidənqurma prosesləri barədə məlumatlılığının artırılmasına xidmət edir.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
-
Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb
-
Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
-
Azərbaycanın Bolqarıstandakı səfirliyində Anım Günü ilə bağlı tədbir keçirilib
-
Mənzil bazarında domino effekti: Sumqayıtda bahalaşmanın SİRRİ
-
Azərbaycanın Yaponiyadakı səfirliyində şəhidlərin xatirəsi ehtiramla anılıb













