AMADA antidopinq təlimçi proqramının iştirakçılarına sertifikatlar təqdim edib
Far.Az xəbər saytı

AMADA antidopinq təlimçi proqramının iştirakçılarına sertifikatlar təqdim edib


Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) regionda ilk dəfə təşkil etdiyi "Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması" proqramını uğurla başa vuran iştirakçılar üçün sertifikatların təqdimetmə mərasimi keçirilib.

Bu barədə "Far.Az"a AMADA-dan məlumat verilib.

Tədbirdə çıxış edən AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə proqramı müvəffəqiyyətlə tamamlayan iştirakçıları təbrik edərək, onların gələcəkdə təmiz idman dəyərlərinin təşviqində və antidopinq biliklərinin yayılmasında mühüm rol oynayacaqlarına əminliyini ifadə edib.

1 yanvar 2027-ci il tarixindən qüvvəyə minməsi nəzərdə tutulan yeni Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartlara hazırlıq məqsədilə təşkil olunan proqramı uğurla başa vuran 24 iştirakçıya sertifikatlar təqdim olunub.

Tədbirdə çıxış edən iştirakçılar proqramın məzmununu yüksək qiymətləndirərək, əldə etdikləri bilik və bacarıqların gələcək fəaliyyətlərində mühüm əhəmiyyət daşıyacağını bildiriblər. Onlar təşəbbüsə görə AMADA rəhbərliyinə və işçi heyətinə təşəkkürlərini ifadə edərək, antidopinq sahəsində maarifləndirmə işinə töhfə verməyə hazır olduqlarını vurğulayıblar.

Xatırladaq ki, təlimlərin keyfiyyətinin və effektivliyinin təmin olunması məqsədilə AMADA tərəfindən mütəmadi monitorinq tədbirləri həyata keçiriləcək. Sertifikatlı təlimçilərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi üçün illik resertifikasiya mexanizmi tətbiq olunacaq.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər