Bakıda Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransına üzv ölkələrin dəyirmi masası keçirilib
Far.Az xəbər saytı

Bakıda Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransına üzv ölkələrin dəyirmi masası keçirilib


Konstitusiya Məhkəməsində Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı (TÜRK-AY) Təşkilatına üzv ölkələrin nümayəndələrinin iştirakı ilə "Süni intellektin konstitusiya məhkəmələrinin fəaliyyətində rolu" mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə "Far.Az"a Konstitusiya Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, Fərhad Abdullayev qonaqları salamlayaraq, Türk dünyası ölkələri arasında dostluq və qardaşlıq münasibətlərinin, həmrəyliyin, qarşılıqlı etimadın və əməkdaşlığın daha da dərinləşməsinin əhəmiyyətini nəzərə çatdırıb. Sədr ortaq tarixi, milli-mənəvi dəyərləri və mədəni irsi bölüşən türk dövlətləri arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə inkişafını vurğulayaraq, dünya ölkələri tərəfindən türk xalqlarının birliyinin regionda sabitlik və əməkdaşlıq üçün etibarlı tərəfdaş kimi qəbul edildiyini bildirib.

Sədr Azərbaycan Prezidenti İlham Əliyevin türk dövlətlərinin başçıları ilə, eləcə də Pakistanın dövlət başçısı ilə münasibətlərin və qarşılıqlı səfərlərin dost və tərəfdaş ölkələr arasında əlaqələrin möhkəmləndirilməsindəki roluna toxunub, bu münasibətlər çərçivəsində siyasi dialoqun, qarşılıqlı dəstəyin və əməkdaşlığın genişlənməsinə verdiyi töhfələri iştirakçıların diqqətinə çatdırıb.

Fərhad Abdullayev çıxışında TÜRK-AY təşkilatının fəaliyyətindən bəhs edərək, üzv ölkələrin konstitusiya məhkəmələri arasında təcrübə mübadiləsinin aparılmasını, hüquqi əməkdaşlığın gücləndirilməsini və ümumi maraq doğuran məsələlərin müzakirəsinin əhəmiyyətini vurğulayıb. Sədr həyata keçirilən tədbirlərin konstitusiya ədalət mühakiməsinin inkişafına və məhkəmələr arasında peşəkar əlaqələrin genişlənməsinə xidmət etdiyini bildirib.

Daha sonra dəyirmi masada müşahidəçi qismində iştirak etmək üçün tədbirə dəvət olunan fəxri qonaq Pakistan Konstitusiya Məhkəməsinin sədri Amin-ud-Din Xan, eləcə də TÜRK-AY təşkilatına tamhüquqlu üzv olan Özbəkistan Konstitusiya Məhkəməsinin sədr müavini Asgarjon Qafurov, Qazaxıstan Konstitusiya Məhkəməsinin hakimi Ayjan Jatkanbayeva, Qırğız Konstitusiya Məhkəməsinin hakimi Jamil Şarşenaliyev, Türkiyə Konstitusiya Məhkəməsinin hakimi Kamal Özeren, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi Fərhad Tutayuk və Aparat rəhbərinin müavini Ziya Qasımov məruzə ilə çıxış ediblər.

Çıxışlarda süni intellekt texnologiyalarının konstitusiya məhkəmələrinin fəaliyyətinə təsiri, bu texnologiyaların tətbiqi imkanları, hüquqi proseslərin təkmilləşdirilməsi və müasir texnoloji çağırışlar fonunda konstitusiya ədalət mühakiməsinin qarşısında duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, daha sonra mövzu üzrə müzakirələr keçirilib, həmçinin iştirakçılar təcrübələrini və yanaşmalarını bölüşüblər.

Tədbirin sonunda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yekun nitqi ilə çıxış edərək, dəyirmi masanın türk dövlətlərinin konstitusiya məhkəmələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, hüquqi təcrübə mübadiləsinin genişləndirilməsi və süni intellektin məhkəmə fəaliyyətinə inteqrasiyası ilə bağlı aktual məsələlərin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər