"Mançester Yunayted" 27 yaşlı futbolçu üçün hərəkətə keçdi
"Mançester Yunayted" İtaliya təmsilçisi "İnter"in sol cinah müdafiəçisi Karlos Auqusto ilə maraqlanır.
Far.Az xəbər verir ki, məlumata görə, Premyer Liqa klubu 27 yaşlı futbolçunu aprel ayından izləyir. Milan təmsilçisi isə oyunçunu 25-30 milyon avro qarşılığında satmağa hazırdır.
Bununla yanaşı, "qırmızı şeytanlar" üçün sol cinah müdafiəçisi mövqeyində əsas transfer hədəfi hələ də "Nyukasl"ın futbolçusu Lyuis Holldur. Klubun daha əvvəl "Vest Hem"in gənc müdafiəçisi Oliver Skarlsla da maraqlandığı bildirilir.
Karlos Auqusto ötən mövsüm bütün turnirlərdə 46 oyunda meydana çıxaraq 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "İnter"lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı futbolçunun bazar dəyərini 23 milyon avro olaraq qiymətləndirir.
Oxşar xəbərlər
"Mançester Yunayted" "İnter"in futbolçusu Karlos Auqusto ilə maraqlanır
Dünya məşhurlarını neçə milyon insan izləyir? - SİYAHI
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Dəyişən çempion, yeniliklərlə yadda qalan mövsüm: Premyer Liqanın YEKUNLARI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib













