82 yaşlı Nebahat Çehrənin istirahət fotoları gündəm oldu
Far.Az xəbər saytı

82 yaşlı Nebahat Çehrənin istirahət fotoları gündəm oldu


Türkiyənin tanınmış kino və televiziya aktrisası Nebahat Çehrə istirahət zamanı paylaşdığı yeni fotolarla diqqət mərkəzinə düşüb.

Far.Az xəbər verir ki, 82 yaşlı sənətçi yeni mövsüm öncəsi dincəlmək üçün çıxdığı qayıq istirahətindən yeni görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

82 yaşlı Nebahat Çehrənin istirahət fotoları gündəm oldu

Filtrsız paylaşdığı fotolarda gümrah görünüşü və zərifliyi ilə diqqət çəkən aktrisanın paylaşımı qısa müddətdə minlərlə bəyənmə və şərh toplayıb. İzləyicilər onun illərə meydan oxuyan görünüşünü yüksək qiymətləndiriblər.

82 yaşlı Nebahat Çehrənin istirahət fotoları gündəm oldu

Qeyd edək ki, Nebahat Çehrə Türk kino tarixinin ən tanınmış simalarından biridir. O, "Aşk-ı Memnu" serialındakı Firdevs Yöreoğlu və "Möhtəşəm Yüzil"də canlandırdığı Ayşə Hafsa Sultan obrazları ilə geniş tamaşaçı rəğbəti qazanıb.

Nebahat Çehrə bir müddət əvvəl verdiyi müsahibədə ölüm qorxusundan da danışmış, bu səbəbdən anasının dəfnində son dəfə onun üzünə baxa bilmədiyini etiraf etmişdi. Aktrisa, həmçinin təxminən 10 il əvvəl vəsiyyətini hazırladığını da açıqlayıb.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İllər sonra "Aşk-ı Memnu"nun bu aktrisasını GÖRƏNLƏR TANIYA BİLMƏDİ
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər