FHN azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə maarifləndirmə işi aparıb
Far.Az xəbər saytı

FHN azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə maarifləndirmə işi aparıb


Fövqəladə Hallar Nazirliyi (FHN) səlahiyyətləri daxilində ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə vətəndaşların yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi işini davam etdirir.

Bu barədə "Report" FHN-dən bildirilib.

Bu çərçivədə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə yaşayan, işləyən, həmçinin həmin ərazilərə səfər edən vətəndaşlarla yanğın təhlükəsizliyinə dair profilaktik söhbətlər aparılıb.

Şuşa şəhərində, Ağdam, Füzuli, Xocalı və Laçın rayonlarında aparılmış növbəti maarifləndirmə işləri çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan, tikinti, yenidənqurma və bərpa işləri ilə məşğul olan, ictimai-iaşə obyektlərində çalışan, o cümlədən istirahət və işgüzar məqsədlərlə meşə, açıq ərazi və əkin sahələrinə gedən vətəndaşlara zəruri yanğın təhlükəsizliyi qaydaları ətraflı izah olunaraq onlara əyani vəsaitlər təqdim edilib.

FHN bir daha vətəndaşlara müraciət edərək işğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə ciddi riayət edilməsinin vacibliyini xatırladıb.

Oxşar xəbərlər

Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Yol hərəkəti təhlükəsizliyi üçün profilaktik işlər davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər