Yol hərəkəti təhlükəsizliyi üçün profilaktik işlər davam edir
Bakı şəhəri ərazisində yol hərəkəti qaydalarına riayət olunmasının təşviqi, hərəkət iştirakçılarının maarifləndirilməsi və yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə yol polisləri tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Far.Az xəbər verir ki, Sabunçu, Xətai, Xəzər, Suraxanı, Nərimanov və Binəqədi rayonlarında keçirilən növbəti tədbirlər zamanı aşkarlanan qayda pozuntuları ilə bağlı sürücülərlə profilaktik söhbətlər aparılaraq qanunvericiliyin tələbləri izah olunub.
Tədbirlər zamanı yükdaşıma qaydalarını pozan, avtomobilin konstruksiyasında dəyişikliklər edən, nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən və s. qayda pozuntularına yol verən şəxslər müəyyən ediliblər.
Həmçinin, yoxlamalar zamanı nəqliyyat vasitəsini narkotiklərin təsiri altında idarə edən bir sürücü Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən "Ukrayna dairəsi" yaxınlığında aşkarlanıb. Qaydanı pozan digər hərəkət iştirakçılarının diqqətinə təhlükəsizliyin vacibliyi bir daha çatdırılıb.
Paytaxtda yol hərəkəti qaydalarına əməl olunmasının nümunəvi təşkili məqsədi ilə müvafiq tədbirlər mütəmadi olaraq davam etdiriləcək. Unutmayaq ki, təhlükəsiz yol hər birimizin fərdi məsuliyyətidir!
Qalereya
Oxşar xəbərlər
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
20 su emalı müəssisəsində mikrobioloji çirklənmə aşkarlanıb
Yolu düzgün yerdən keçməyən piyadalara qarşı tədbir görüldü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır?
-
Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib
-
Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
-
"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər
-
Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib
-
ABŞ-Ukrayna İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməni bağlayıb













