Hacı Əliyev: "Bakıdakı dünya çempionatında hər güləşçimizdən uğurlu nəticə gözləyirəm"
Far.Az xəbər saytı

Hacı Əliyev: "Bakıdakı dünya çempionatında hər güləşçimizdən uğurlu nəticə gözləyirəm"


17 yaşadək sərbəst güləşçilərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi Hacı Əliyev Bakıda keçiriləcək dünya çempionatında hər idmançıdan uğurlu nəticə gözləyir.

"Report" xəbər verir ki, mütəxəssis bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

H.Əliyev komandanın məsul yarışa hazırlığını dəyərləndirib:

"Komandamız indiyədək çoxlu təlim-məşq toplanışı keçib. Bura həm fiziki, həm də taktiki-texniki çalışmalar daxildir. Güləşçilər verilən tapşırıqları layiqincə yerinə yetiriblər. Ümid edirəm ki, bundan sonra da belə davam edəcək. Komandanın ümumi vəziyyəti çox yaxşıdır. Heyətdə Avropa çempionatının qalib və mükafatçıları yer alıb. Yaxşı hazırlıq keçmişik. Dünya çempionatında da uğurlu çıxış edəcəyimizə inanıram. Düzdür, bir neçə güləşçimizdə yüngül zədələr var. Amma bunun güləşçilərimizin qarşısını alacağını düşünmürəm. Dünya çempionatında yüksək rəqabət olur. Ona görə proqnoz vermək çətindir. Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm".

Xatırladaq ki, dünya çempionatı 27 iyul – 2 avqust aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər