Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Far.Az xəbər saytı

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi


İnsan hüquqları üzrə Avropa Məhkəməsində Əli Kərimlinin Azərbaycana qarşı (N 33395/26) iddiasına baxılması üzrə uzunmüddətli proses yekunlaşıb.

Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ramiz Mehdiyev və digərləri ilə birlikdə Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsi və dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etməkdə şübhəli bilinən Əli Kərimli istintaq müddətində, o cümlədən saxlanıldığı istintaq təcridxanasında guya hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasına qarşı qərar qəbul edilməsi üçün İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edib.

Ötən müddətdə Avropa Məhkəməsi iş üzrə ərizəçinin və müdafiəçilərinin təqdim etdiyi, habelə bununla əlaqədar toplanmış qarşılıqlı məlumatları araşdırıb.

Avropa Məhkəməsi iddia tələblərini rədd edib və Məhkəmə Reqlamentinin 39-cu Qaydasına əsasən, Azərbaycan Respublikasına qarşı həmin iddia ilə tələb edilən müvəqqəti təminat tədbirlərinin tətbiq edilməməsi barədə qərar qəbul edib.

Oxşar xəbərlər

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? - Cinayət işinin DETALLARI
Arayik Arutyunyan və digərlərinə hökm oxundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər