Madrid küçələrində təxminən bir milyon nəfər İspaniya millisinin qələbəsini bayram edib
Far.Az xəbər saytı

Madrid küçələrində təxminən bir milyon nəfər İspaniya millisinin qələbəsini bayram edib


İspaniya millisinin dünya çempionluğunu qeyd etmək üçün Madrid küçələrinə təxminən bir milyon azarkeş çıxıb.

"Far.Az" xəbər verir ki, ötən gün keçirilən dünya çempionatının finalında İspaniya millisi Argentinanı əlavə vaxtda vurulan qolla 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə çempion olub.

Vətənə qayıtdıqdan sonra komanda Zarzuela sarayında İspaniya Kralı VI Felipe və kraliça Letisiya tərəfindən qəbul edilib. Futbolçular daha sonra ölkənin baş naziri Pedro Sançesin iqamətgahına yollanıblar.

Rəsmi tədbirlər başa çatdıqdan sonra millinin futbolçularını daşıyan avtobus Madridin mərkəzi küçələri ilə şəhər meriyasına doğru hərəkət edib. İsti havaya baxmayaraq, marşrut boyunca yüz minlərlə azarkeş milli bayraqlar və yığmanın formaları ilə komandaya dəstək nümayiş etdirib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, paytaxt küçələrinə təxminən bir milyon nəfər çıxıb. Bayram tədbirlərinin gecə saatlarınadək davam edəcəyi gözlənilir. Madriddə çempionluq şənlikləri iyulun 19-da gündüz saatlarından başlayıb.

Oxşar xəbərlər

Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər