Fuad Nağıyev: "Azərbaycan sağlamlıq turizmində böyük potensiala malikdir"
Zəngin təbii ehtiyatları və müasir infrastrukturu olan Azərbaycan sağlamlıq turizmi sahəsində böyük potensiala malikdir.
"Far.Az" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən lll Beynəlxalq Sağlamlıq Turizmi Konfransında bildirib.
Onun sözlərinə görə, əsas vəzifələrdən biri mövcud potensialdan səmərəli istifadəni dəstəkləmək, yüksək keyfiyyətli turizm məhsullarının yaradılmasına şərait yaratmaq və ölkənin beynəlxalq sağlamlıq turizmi bazarında tanıdılmasını genişləndirməkdir: "Sağlamlıq turizmi "Azərbaycan Respublikasında 2026–2030-cu illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nda da prioritet istiqamətlərdən biri kimi müəyyən edilib, sağlamlıq və tibbi turizmin inkişafına, bu sahədə davamlı əməkdaşlığın təşviqinə xüsusi yer ayrılıb".
F.Nazğıyev qeyd edib ki, tibbi turizmin inkişafı səhiyyə sistemi ilə turizm sektoru arasında səmərəli əməkdaşlıqdan birbaşa asılıdır: "Bu sahədə davamlı inkişafın təmin edilməsi məqsədyönlü və əlaqələndirilmiş fəaliyyət tələb edir. Bu baxımdan Səhiyyə Nazirliyinin, digər aidiyyəti qurumların və beynəlxalq təşkilatların birgə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Digər mühüm istiqamət olan sağlam yaşam turizmi də Azərbaycanın turizm təkliflərinin genişlənməsində əhəmiyyətli rol oynayır. Mədəni-tarixi irsimizin müasir sağlam yaşam turizmi təcrübələri ilə uzlaşdırılması həm milli dəyərlərimizin qorunmasına, həm də onların yeni turizm məhsulları vasitəsilə beynəlxalq ziyarətçilərə təqdim edilməsinə imkan yaradır".
Oxşar xəbərlər
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda sabah 23 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
Aysel Teymurzadədən qızı Leyla ilə bağlı paylaşım
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır













