Vətəndaşlara çimərliklərdə təhlükəsizlik qaydaları izah edilib
Far.Az xəbər saytı

Vətəndaşlara çimərliklərdə təhlükəsizlik qaydaları izah edilib


Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən çimərliklərdə istirahət edən vətəndaşlara təhlükəsizlik qaydaları barədə məlumat verilib.

FHN-dən "Far.Az"a verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin mütəxəssislərinin iştirakı ilə nazirliyin Bakı, Sumqayıt, Cənub və Şimal regional mərkəzləri tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, Sumqayıt şəhərində, eləcə də Astara və Xaçmaz rayonlarında yerləşən çimərliklərdə maarifləndirmə tədbirləri təşkil edilib.

Tədbirlər zamanı əməkdaşlar vətəndaşlara sularda təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verərək bu qaydalara əməl etməyin vacibliyini diqqətə çatdırıblar. Həmçinin qadağanedici nişanlara, xilasedicilərin çağırış və tələblərinə, sanitar-gigiyena normalarına riayət olunmasının, uşaqların nəzarətsiz buraxılmamasının və zərərçəkənlərə ilkin yardım göstərilməsi qaydalarının əhəmiyyəti izah edilib.

Bununla yanaşı, vətəndaşlara suda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün görülməli zəruri tədbirlərlə bağlı tövsiyələr verilib, maarifləndirici çap materialları paylanılıb.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Bakının 6 rayonunda və Sumqayıt şəhəri, Abşeron, Hacıqabul, Xızı, Şabran, Xaçmaz rayonlarında suçəkmə işləri aparılır
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər