Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Far.Az xəbər saytı

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər


Onunla ilk tanışlığım Uşaq Bərpa Mərkəzinin gözləmə zalında oturarkən oldu. Zəif və titrək əllərini mənə uzadıb, adım "Gülərdir" dedi. Adı kimi solğun gözləri də gülürdü.

Söhbət zamanı məlum oldu ki, Gülər artıq bir ilə yaxındır Respublika Pediatriaya Mərkəzinin Uşaq Bərpa Mərkəzində müalicə alır.

Təzə gələn vaxtlarda gəzə və əlləri ilə iş görə bilmirdi. 10 yaşlı qız reabilitasiya keçdiyi müddətdə həm gəzir, həm də əlləri ilə rahat şəkildə hərəkət edir.

Qeyd edək ki, Uşaq Bərpa Mərkəzində hər gün 250-300-yə yaxın uşaq reabilitasiya müalicəsi alır.

Mərkəzin baş həkimi, tibb üzrə fəlsəfə doktoru Cəmilə Talıbova Far.Az-ə açıqlamasında bildirdi ki, mərkəzdə ambulator reabilitasiya, stasional reabilitasiya və sanator reabilitasiya metodları tətbiq olunur.

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər

"Bütün dünyada ambulator reabilitasiya populyardır. Çünki uşaqlar məktəbə, baxçaya gedirlər. Adi rejimlərindən kənar çıxmadan bizdə reabilitasiya olunurlar.

Bizə müraciət edən uşaqlar mütəxəssislərimiz tərəfindən müayinə olunur. Daha sonra onların hansı formada reabilitasiya olunacağı müəyyənləşir. Onlar üçün fərdi qaydada il boyu reabilitasiya sixemləri müəyyən olunur", - deyə müəsisənin rəhbəri bildirib.

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər

Cəmilə Talıbova deyir ki, mərkəzdə yuxarı, aşağı tənəffüz orqanlarının patologiyaları, alergik rinitlər, bornxit astma xəstəlikləri, dayaq-hərəkət sisteminin patologiyası olan uşaqlar müalicə olunur:

"Nevroloji problemləri olan, uşaq serebral ifliclə bağlı müraciətlər daha çox olur. Eyni zamanda psixoloji reablitasiya olan uşaqların sayı da yetərincədir. Nitq qüsuru olan uşaqlar da bu müəssisədə müalicə alırlar. Bu istiqamətdə loqapedlər, psixoloqlar, psixoloq-pedaqoqlar, müalicəvi bədən tərbiyəsi müəllimləri kömək edirlər".

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər

Cəmilə Talıbova onu da vurğulayıb ki, müəssisə Respublika Pediatriaya Mərkəzin nəzdninə veriləndən sonra müasir avadanlıqlarla təchiz olunmağa başlayıb:

"İdman zalında müasir aparatlar var. Yuxarı tənəffüs orqanlarının patologiyasında önəmli müalicə üsulu olan duz otaqları mövcuddur. Təbii Naxçıvan duzlarından istifadə edilir. Müasir yeniliklər tətbiq edilir. Bu işin təşkilinə görə, TƏBİB və Respublika Pediatriaya Mərkəzinin rəhbərliyinə minnətdarlığımızı bildiririk".

Cəmilə Talıbova ilə söhbəti bitirdikdən sonra müəasisə ilə tanış olduq.

Ziya SƏCCAD

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər