"Gəncə"nin baş məşqçisisi: "Ordu" ilə oyun daha yaxşı işlər görə biləcəyimizi göstərdi"
Oyun daha yaxşı işlər görə biləcəyimizi göstərdi.
"Report" xəbər verir ki, bunu "Gəncə"nin baş məşqçisisi Halil Atlı "Ordu"ya 82:61 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının III tur matçı ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis göstərdikləri mübarizə əzminə görə komandasına təşəkkür edib.
"Yer aldığımız qrupda birinci yerdəyik. Amma mövsüm hələ irəlidədir. Rəqibimiz ilk iki görüşdə 100 xalla oynayıb. Bu gün onları 61 xalda dayandırmağımız çox önəmlidir. Hücumda yaxşı təsir bağışlayırıq. Uşaqlar onlara verilən tapşırıqları lazımınca yerinə yetirməyə çalışırlar. Azarkeşlərimiz yanımızda yox idilər, bu qələbəni onlara həsr edirik. Çempionatda fasilə olacaq. Bundan ən yaxşı şəkildə yararlanmağa çalışacağıq".
"Ordu"nun baş məşqçisi Alberto Blanko bu oyunu yaddan çıxarmalı olduqlarını söyləyib:
"Gəncə” komandasını qələbə münasibəti ilə təbrik edirəm. Onlar buna layiq idilər. Matç bizim üçün yaxşı keçmədi. Atışlarını düzgün yerinə yetirə bilmədik. Ancaq birinci periodda rəqiblə başabaş mübarizə apardıq. Sonrakı hissələrdə bütün komponentlərdə uduzduq. Bu gün həm də ciddi itkimiz var idi. Səid İsmayılov meydanda deyildi. Onun yoxluğu da oyunumuza təsir göstərdi. Bu oyunu artıq yaddan çıxarmalıyıq. Artıq qarşıdakı oyunlara köklənməliyik".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şamil Ayrım: Türkiyəyə qarşı soyqırım iddiasının obyektiv araşdırılması üçün arxivlərin açılması zəruridir
-
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
-
QMİ sədri: Süni intellekt insanı ibadətdə əvəz etməməlidir
-
Messi Argentina millisinin DÇ-2026 finalında məğlubiyyətinin səbəbini açıqladı
-
Bakı–Qazax avtomobil yolunda qəza olub, 3 nəfər ölüb
-
Azərbaycan BMT-də insan hüquqları bəhanəsi ilə dövlətlərin daxili işlərinə qarışılmasına qarşı çıxıb













