Tbilisidə qaz partlayışından 8 saat sonra dağıntılar altından uşaq sağ çıxarıldı
Xilasedicilər Gürcüstanın paytaxtı Tbilisinin Poniçala rayonunda yaşayış binasında baş verən qaz partlayışından 8 saat sonra dağıntılar altından bir uşağı sağ çıxarıblar.
Far.Az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Hadisə nəticəsində 11 yaşlı uşaq da daxil olmaqla, dörd nəfər xəsarət alıb. Partlayış zamanı mənzillərində olan daha altı nəfərin axtarışları davam edir. İtkin düşənlər arasında iki uşaq da var.
Tbilisi meri Kaxa Kaladze və daxili işlər naziri Sulxan Tamazaşvili səhər saatlarından hadisə yerindədirlər.
***15:31
Gürcüstanın paytaxtı Tbilisinin Poniçala rayonunda yaşayış binasında baş verən qaz partlayışından sonra yeddi nəfər itkin düşüb. Onların arasında üç uşaq da var.
Far.Az xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, xilasedicilər itkin düşən şəxslərin axtarışlarını davam etdirirlər. Hadisə zamanı binanın digər sakinləri təxliyə olunublar.
Nazir qeyd edib ki, partlayış nəticəsində xəsarət alan dörd nəfər xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.
İlkin ehtimala görə, hadisəyə mənzillərdən birində qaz sızması səbəb olub.
Oxşar xəbərlər
Türkiyə mətbuatı Eldar Mansurovdan yazdı
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Birinci xanım Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində olub
Bakıda ofis binasında PARTLAYIŞ: Xilasetmə görüntüləri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













