"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad
Far.Az xəbər saytı

"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad


Əməkdar artist Könül Kərimova gənc ifaçıların yaşlı sənətkarlara münasibətini tənqid edib.

BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, müğənni bu barədə "Günorta efirdəyik" verilişində danışıb:

"Bir az böyük-kiçik bilin. Böyükləri görəndə necə, hansı tonda danışmaq lazım olduğunu öyrənin. Bunu evdən öyrənib efirə gəlin. Hər kəs öz yaşıdları ilə uyğunlaşıb danışmalıdır. Dünən çıxan gənclər neçə ilin sənətkarına dil uzatmağa, yersiz söz deməyə başlayırlar. Bu, düzgün deyil. Ümumiyyətlə, hər şey insanın ailədən aldığı tərbiyədən irəli gəlir. Ona görə də çox heyif. Biz belə görməmişik, belə öyrənməmişik.

Olub ki, hansısa sözə görə incimişəm, içimdə küskünlük olub. Amma böyüklərimiz, ustadlarımız qarşıma çıxanda bunu heç vaxt hiss etdirməmişəm. Görmüşəm ki, uzaqdan gəlirlər, onlar yanıma çatana qədər ayağa qalxıb gözləmişəm".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər