Azərbaycanda sosial şəbəkələrdə yaş məhdudiyyəti ilə bağlı addımlar qlobal çağırışlara uyğundur - RƏY
Bir çox ölkədə sosial şəbəkələrdə yaş məhdudiyyəti və valideyn nəzarətini gücləndirən hüquqi mexanizmlər tətbiq edilir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar da qlobal çağırışlara uyğundur.
Bunu "Report"a açıqlamasında Milli Məclisin üzvü Elnarə Akimova deyib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin bu gün imzaladığı "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda edilmiş dəyişikliklərin ən böyük üstünlüyü ondan ibarətdir ki, bu qərarın əsas məqsədi sosial şəbəkələri qadağan etməkdənsə, uşaqlar və yeniyetmələr üçün daha təhlükəsiz rəqəmsal mühit formalaşdırmaqdır.
"Bu gün sosial şəbəkələrdə zorakılıq, kibertəzyiq, narkotik və digər zərərli vərdişlərin təbliği, aqressiv davranış modelləri və manipulyativ məzmunlar azyaşlıların psixoloji inkişafına ciddi təsir göstərir. Yaş məhdudiyyəti məhz bu risklərin qarşısının alınmasına xidmət edir", - o qeyd edib.
"Dünya təcrübəsi göstərir ki, uşaqların rəqəmsal təhlükəsizliyi artıq dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bir sıra ölkələrdə yaş məhdudiyyəti və valideyn nəzarətini gücləndirən hüquqi mexanizmlər tətbiq edilir. Azərbaycanın bu istiqamətdə addım atması da qlobal çağırışlara uyğun qərardır".
Milli Məclisin üzvü təkcə qanunla bütün problemləri həll etməyin mümkünsüz olduğuna da diqqət çəkib:
"Gənclərin zərərli vərdişlərdən uzaqlaşması üçün ailə, məktəb və cəmiyyət eyni məqsəd ətrafında fəaliyyət göstərməlidir. Hüquqi mexanizmlər, media savadlılığı və valideyn nəzarəti birlikdə tətbiq olunduqda nəticə daha effektiv olur. Bu qərar texnologiyaya məhdudiyyət qoymaq deyil, onun təhlükəsiz istifadəsini təmin etmək məqsədi daşıyır. Sağlam rəqəmsal mühitin formalaşdırılması uşaqların mənəvi, psixoloji və intellektual inkişafının qorunmasına, gələcəkdə daha məsuliyyətli və sağlam düşüncəli nəslin yetişməsinə mühüm töhfə verəcək".
Oxşar xəbərlər
Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib
-
Klaas Knot Avropa Mərkəzi Bankının prezidenti ola bilər
-
Valdas Dambrauskas: "Orhus"a qarşı görüşdə bərabərliyə layiq idik"
-
Çempionlar Liqası: "Orhus" - "Sabah" matçı başlayıb
-
Ağcabədidə yol qəzası bir nəfərin ölümü ilə nəticələnib
-
NYT: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Kuba üzrə gizli əməliyyat qrupu yaradıb













