Azərbaycan Premyer Liqasında XII tura 2 oyunla yekun vurulur
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulacaq.
Far.Az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında "Neftçi" Şamaxı şəhər stadionunda "Araz-Naxçıvan"ın qonağı olacaq. Görüş saat 14:30-da start götürəcək.
Turnir cədvəlində paytaxt klubu 24 xalla 2-ci, Naxçıvan təmsilçisi 4 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.
Turun bağlanış oyununda isə "Kəpəz" öz meydanında "Qarabağ"ı sınağa çəkəcək. Gəncə şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.
Hazırda 10 oyundan 19 xalı olan Ağdam təmsilçisi 5-ci sırada yer alıb. Gəncə klubu isə 17 xalla 6-cıdır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" "Sumqayıt"a 5:1, "Turan Tovuz" "Şamaxı"ya, "Qəbələ" "Şəfa"ya 2:0 hesabı ilə qalib gəlib, "Zirə" isə "İmişli" ilə heç-heçə edib – 2:2.
Oxşar xəbərlər
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan klubları yay fasiləsində: "İmişli" lider, son çempion "Sabah" autsayderdir - ARAŞDIRMA
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır"













