"BakuBus" Naxçıvan şəhərində sərnişindaşıma xidmətlərinə hazırlıq işlərini davam etdirir
İctimai nəqliyyat xidmətlərinin keyfiyyətli və təhlükəsiz təşkili istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində AZCON Holding şirkətlərindən olan "BakuBus" MMC tərəfindən Naxçıvan şəhərində sərnişindaşıma xidmətlərinə hazırlıq işləri davam etdirilir.
Hazırlıq prosesinin tərkib hissəsi olaraq "CityCard" ödəniş kartlarının Naxçıvan şəhərində "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC-nin filiallarında satışına başlanılacaq. Satışlar 7 avqustdan etibarən həyata keçiriləcək. Kartın satış qiyməti 3 (üç) manat müəyyən edilib.
Naxçıvan şəhərində fəaliyyət göstərəcək "BakuBus" MMC-nin istismarında olan avtobuslarda "CityCard" nağdsız ödəniş sistemi tətbiq ediləcək. Sərnişinlər gediş haqqını "CityCard" kartı, istənilən bank kartı, eləcə də "Google Pay" və "Apple Pay" mobil ödəniş xidmətləri vasitəsilə ödəyə biləcəklər.
Bununla yanaşı, sərnişinlər "BakıKart" mobil tətbiqini "App Store" və "Google Play" platformalarından yükləməklə "CityCard" kartlarının balansını onlayn artıra, həmçinin QR kod vasitəsilə gediş haqqını rahat şəkildə ödəyə biləcəklər.
"BakuBus" MMC-nin Naxçıvan şəhərində fəaliyyətə başlaması ilə ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, sərnişin məmnuniyyətinin təmin olunması və ödəniş proseslərinin tam nağdsız formatda həyata keçirilməsi təmin olunacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev "BakuBus" MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Azərbaycanda nağdsız ödənişlər 10 dəfə artıb - STATİSTİKA
"BakuBus" Gəncə şəhərində sərnişindaşıma xidmətlərinə hazırlıq işlərini davam etdirir
Güclü qar Qəbələnin dağlıq kəndlərinə gediş-gəlişi çətinləşdirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-da faydalı qazıntıların hasilatına 3 milyard dollar investisiya qoyulacaq
-
"Matrix" filminin yeni hissəsi çəkiləcək
-
XÜSUSİ TƏKLİFLƏR - BAKUCARS ilə Bakıda avtomobil icarəsində sərfəli fürsətlər
-
Valideynlərə müraciət: Erkən evlilik uşağın gələcəyinin əlindən alınması deməkdir
-
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
-
İspaniya İtaliyadan gələnlər üçün daxili sərhədlərdə nəzarət tətbiq edəcək













