Komitə rəsmisindən valideynlərə müraciət: Erkən evlilik uşağın gələcəyinin əlindən alınması deməkdir
Erkən evlilik təkcə qanun pozuntusu deyil, bir uşağın gələcəyinin əlindən alınması deməkdir.
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.
Onun sözlərinə görə, Ağdaşda yetkinlik yaşına çatmayan şəxsin erkən evliliyə cəlb olunmasına cəhd edilməsi ilə bağlı daxil olan məlumat əsasında aidiyyəti qurumlar operativ tədbirlər həyata keçirib.
Belə ki, araşdırma nəticəsində qızın 17 yaşında olduğu müəyyən edilib və planlaşdırılan toy mərasimi təxirə salınıb: "Təəssüf doğuran məqamlardan biri isə öz övladının hüquqlarını pozmağa çalışan şəxslərin bu halı işıqlandıran media nümayəndələrinə qarşı aqressiv davranması, onların çəkiliş aparmasına mane olması və kameralarına müdaxilə etməsidir. Media əməkdaşlarına qarşı zorakı davranış nə baş verənləri dəyişir, nə də qanun qarşısında məsuliyyəti aradan qaldırır. Əksinə, bu cür hərəkətlər hüquqi məsuliyyəti daha da ağırlaşdıra bilər".
Komitə rəsmisi valideynlərə müraciət edib: "Valideynlər unutmamalıdırlar ki, övladı vaxtından əvvəl ailə qurmağa məcbur etmək ona xoşbəxt gələcək qazandırmır. Əksinə, onun təhsil almaq, inkişaf etmək, peşə sahibi olmaq və müstəqil həyat qurmaq imkanlarını əlindən alır. Erkən evlilik qız uşaqlarının fiziki və psixoloji sağlamlığı üçün ciddi risklər yaradır, onların həyatını və gələcəyini təhlükə altına qoyur.
Övladlarımıza verə biləcəyimiz ən böyük hədiyyə erkən evlilik deyil, keyfiyyətli təhsil, təhlükəsiz mühit və seçim hüququdur. Unutmayaq ki, Azərbaycan qanunvericiliyinə əsasən nikaha daxilolma yaşı 18-dir və bu tələbin məqsədi uşaqların hüquq və mənafelərini qorumaqdır. Gəlin, övladlarımızın gələcəyini qorumaq üçün birlikdə məsuliyyətli olaq".
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ürəkbulanma, qusma və mədə ağrıları - YENİ VİRUS yayılır?
-
Hindistan "Agni-4" ballistik raketini uğurla sınaqdan keçirib
-
Bakının mərkəzində obyektdə baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB-2
-
Birbank Biznes-dən mikro biznes kreditinə 5%-dək endirim
-
Tramp: ABŞ-nin əhəmiyyətli miqdarda sursat ehtiyatı var
-
"Reuters": İran və Omanın Hörmüzlə bağlı planı icra olunmaya bilər













