Bernem "Brexit"in ölkə iqtisadiyyatına ziyan vurduğunu bəyan edəcək
Böyük Britaniyanın Baş naziri Endi Bernem Brüsseldə (Belçika) keçiriləcək Böyük Britaniya-Aİ sammiti ərəfəsində Avropa ilə münasibətlərin yenidən qurulmasına çağıracaq.
"Report" xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Qeyd olunub ki, o, bu gün axşam xarici siyasət məsələləri ilə bağlı çıxışında biznesə maneələr yaratdığı və iqtisadi potensiala ziyan vurduğu üçün "Brexit"in işə yaramadığını bəyan edəcək.
Öz çıxışında Bernem həmçinin istənilən gələcək razılaşma üçün üç meyarı müəyyən edəcək: o, hökumətin seçkiqabağı proqramına uyğun olmalı, ilkin "Brexit" sazişini təkmilləşdirməli və insanların gündəlik həyat səviyyəsini nəzərəçarpacaq dərəcədə yüksəltməlidir.
Aİ və Böyük Britaniya arasında ölkənin "Brexit"dən çıxmasından sonra qurulan sərhəd nəzarət məntəqələri Brüssel-London münasibətlərinə yenidən baxılması ehtimalına görə aradan qaldırıla bilər.
"The Financial Times" nəşri yazır ki, bu həftə Böyük Britaniya-Aİ sammitinin gedişində idxal olunan məhsulların sərhəd yoxlamalarının ləğvi barədə razılaşma yekun olaraq təsdiqlənə bilər. Münasibətlərə yenidən baxılması ehtimalı səbəbindən Avropa İttifaqı və Böyük Britaniya arasında ölkənin birlikdən çıxmasından sonra qurulan sərhəd nəzarət məntəqələri aradan qaldırıla bilər.
BBC-nin məlumatına görə, sammit çərçivəsində Bernem Aİ ilə ərzaq, energetika və gənclərin mobilliyi məsələləri üzrə yeni sazişlər imzalamaq niyyətindədir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq













