Musiqiçi evində əl-ayağı, ağzı bağlı halda ölü tapılıb
Türkiyədə həvəskar musiqiçi və mühəndis-mexanik işləyən 40 yaşlı Çınar Ersanlı evində əlləri, ayaqları və ağzı bağlı öldürülmüş halda tapılıb.
Far.Az habertürk-ə istinadən xəbər verir ki, hadisə saat 23:00 radələrində Fənərbaxça rayonu, Saldıray küçəsində yerləşən 15 mərtəbəli binanın 2-ci mərtəbəsində baş verib.
İddiaya görə, mexanik mühəndisi və eyni zamanda həvəskar musiqiçi olan Çınar Ersanlıdan xəbər ala bilməyən qohumları mənzilin qapısını döyüblər. Qapı açılmayandan sonra çilingərin köməyi ilə içəri daxil olan yaxınları Ersanlını qonaq otağında əl-ayağı və ağzı bağlı vəziyyətdə hərəkətsiz halda görüblər.
Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib. Hadisə yerinə gələn sağlamlıq qrupları Ersanlının öldüyünü müəyyən edib. Ersanlının cansız bədəni hadisə yerində aparılan müayinələrdən sonra ölümünün dəqiq səbəbinin müəyyən edilməsi üçün Ədliyyə Tibb Təşkilatının morquna aparılıb.
Hadisəni izah edən məhəllə sakinləri bildiriblər ki, "İki şübhəli gördük. Düşündük ki, oğrudurlar. Mesaj göndərdilər. Ondan sonra içəri girdilər. Bir daha çölə çıxmadılar.”
Qeyd edək ki, Ersanlının cənazəsi İzmirdə torpağa tapşırılıb.
Far.AzOxşar xəbərlər
İstanbulda fələstinli iş adamına səsboğuculu silahla sui-qəsd edildi - VİDEO
Türkiyənin "Yeriyən adam"ı evində ölü tapılıb - FOTO
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Bu gün maestro Niyazinin doğum günüdür
Ali Koç "Göztepe" matçında baş verənlərlə bağlı danışıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsmayıllıda həbs edilən bələdiyyə sədrinə 8 il 1 ay həbs cəzası verildi
-
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
-
"Gəncə" FIBA Avropa Kubokunda ilk ev oyununu keçirəcək
-
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
-
AİB Bakı metropolitenində əməliyyatların modernləşdirilməsi üçün 302 milyon dollar kredit ayırıb
-
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib













