Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib
Far.Az xəbər saytı

Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib


Gəncə şəhərində güclü küləyin ağacı aşırması nəticəsində evə və iki avtomobilə ziyan dəyib.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

İrigövdəli çinar ağacının iri budağı bir evə, mağazanın damına və iki avtomobilin üzərinə düşüb. Mağazanın tavanına və nəqliyyat vasitələrinə ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, aşmış ağacın ərazidən götürülməsi istiqamətində işlər aparılır.

Oxşar xəbərlər

Bakıda güclü külək 78 ağacı aşırdı, 40 ağacın budaqları qırıldı
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
Bakıda güclü külək 14 ağacı aşırıb, 41 budağı sındırıb
Kəsilmiş ağacın əvəzinə yeni ağac əkilib və üzərinə identifikasiya etiketi vurulub
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər