Zümrüd Bədəlova: "Ola bilər ki, bir xanım kimi heç vaxt xoşbəxt olmadım"
Far.Az xəbər saytı

Zümrüd Bədəlova: "Ola bilər ki, bir xanım kimi heç vaxt xoşbəxt olmadım"


"Ürəyimdən gəldi, demək istədim. Ömrümün yarı hissəsini geridə qoyuram. Sevən, sevməyən hər kəs var olsun. Bu il çox insanda yanıldım, çoxu isə gözləmədiyim qədər doğmama çevrildi".

Far.Az xəbər verir ki, bu sözləri aparıcı Zümrüd Bədəlova sosial şəbəkə hesabında bildirib.

Ad günü olan aparıcı yeni yaşı ilə bağlı arzularını bölüşüb.

"Yaşadığım hər günə görə şükürlər olsun. Təkliyimlə, hüzur dolu anlardan zövq alacaq yaşdayam. Bu il möcüzələrin yaşanacağı il olsun. Sağlıq, ruzi və əzizlərimlə birlikdə "qalan yarı hissəni" yaşamağın zamanıdır. Sizi sevirəm. Sentyabrda həm yeni mövsümün, həm də yeni yaşımın böyük gecəsində görüşənədək" deyə, Z.Bədəlova qeyd edib.

Aparıcı daha sonra qadın kimi xoşbəxtlik yaşamadığını deyərək kövrəlib:

"Bu il ad günü videosu çəkmək istəmədim. Bu gün istəyirəm ki, yeni yaşımda Allaha şükrümü sənin hüzurunda bildirim. Onsuz da hər gün o şükrü edirəm. Sağlam olduğuma, yaşadığıma, yanımda balamın olduğuna, ailəm, əzizlərim, sevdiklərim yanımda olduğuna görə minlərlə, milyonlarla şükür olsun, Allahım.

Ola bilər ki, qadın kimi, bir xanım kimi heç vaxt xoşbəxt olmadım. Amma o xoşbəxtliyi mən içimdə, balamda gördüm. Ona görə də bu yeni yaşımda Allahdan ancaq onun sağlığını və bir də valideynlərimin, doğmalarımın yanımda, sağlam olmasını arzu edirəm".

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Divarlarına xoşbəxtliyin sirlərinin yazıldığı muzeydən REPORTAJ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər