İnternet informasiya ehtiyatlarının sahibləri üçün kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən edilib
İnternet informasiya ehtiyatlarının sahibləri üçün kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən edilib.
"Far.Az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişikliklərdə öz əksini tapıb.
Sənədə əsasən, qanuna informasiya infrastrukturu, informasiya infrastrukturu subyekti, kibertəhlükəsizlik, kiberməkan, kibergigiyena, rəqəmsal dəlil, rəqəmsal tədqiqat, kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (CERT), Təhlükəsizlik əməliyyatları mərkəzi (SOC), Milli CERT, Dövlət CERT və digər yeni anlayışlar əlavə edilir.
Qanunda dövlət orqanlarının, informasiya infrastrukturu subyektlərinin, CERT və SOC-ların kibertəhlükəsizlik sahəsində hüquq və vəzifələri müəyyən edilir, kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin aşkarlanması, qarşısının alınması, araşdırılması və aradan qaldırılması üzrə fəaliyyət mexanizmləri təsbit olunur.
Sənəd ilə həmçinin informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin olunması, kibertəhlükəsizlik üzrə monitorinq və auditlərin aparılması, kiberinsidentlər barədə məlumat mübadiləsinin həyata keçirilməsi, rəqəmsal tədqiqatların aparılması, rəqəmsal inkişaf layihələrinin maliyyələşdirilməsi və rəqəmsal həllərin sınaqdan keçirilməsi məqsədilə tənzimləyici test mühitinin tətbiqi ilə bağlı müddəalar müəyyən edilir.
Bununla yanaşı, informasiya infrastrukturu subyektləri, internet provayderlər, host provayderlər və internet informasiya ehtiyatlarının sahibləri üçün kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən edilir, Milli CERT-in fəaliyyət istiqamətləri və səlahiyyətləri genişləndirilir.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İnternet provayderlər üçün kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər I oxunuşda qəbul olunub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
-
"Turan Tovuz" Rahil Məmmədovu transfer edib
-
"Kalyari" Daniel Maldinini icarəyə götürüb
-
Əli Nikzad: Hücum zamanı ABŞ-yə kömək edənlər raket hədəfinə çevriləcək
-
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
-
Zelenski: Rusiya Odessanın enerji infrastrukturuna sərt zərbə endirib













