Polşalı F-35 pilotlarına ABŞ-nin nüvə bombalarından istifadə qaydaları öyrədiləcək
Far.Az xəbər saytı

Polşalı F-35 pilotlarına ABŞ-nin nüvə bombalarından istifadə qaydaları öyrədiləcək


Polşa qırıcılarının F-35 pilotlarının "Birgə nüvə missiyaları" (Nuclear Sharing) proqramı çərçivəsində ABŞ-nin nüvə bombalarından istifadə qaydaları üzrə təlim keçməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə WP Wiadomosci NATO-dakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Varşava DCA (Dual Capable Aircraft – İkili təyinatlı təyyarələr) proqramına qoşulmaq üçün müraciət edib. Bu proqram NATO müttəfiqlərinə müharibə vəziyyətində ABŞ-nin taktiki nüvə silahlarından istifadə etməyə imkan verən Nuclear Sharing mexanizminə qoşulmaq üçün yol açır.

ABŞ hazırda Polşanın müraciətinə baxır. Müraciət təsdiqlənərsə, polşalı pilotlar və texniki heyət ABŞ-də xüsusi hazırlıq keçəcək, F-35 qırıcıları isə nüvə missiyalarını yerinə yetirmək üçün əlavə avadanlıqlarla təchiz olunacaq. Təlim prosesinin təxminən iki il davam edə biləcəyi bildirilir.

Bununla yanaşı, Polşanın müdafiə nazirinin müavini Pavel Zalevski daha əvvəl ABŞ-nin nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsinin planlaşdırılmadığını bildirib.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Gəncədə yanğın-taktiki təlim keçirilib
Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb
FHN Şıx çimərliyində taktiki-xüsusi təlim keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər