"Barselona" və PSJ klubları Ferran Torresin transferi üzrə danışıqlara başlayacaq
Far.Az xəbər saytı

"Barselona" və PSJ klubları Ferran Torresin transferi üzrə danışıqlara başlayacaq


İspaniyanın "Barselona" və Fransanın PSJ klubları bu həftə futbolçu Ferran Torresin transferi üzrə danışıqlara başlayacaq.

"Far.Az" xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.

Bildirilib ki, "Barselona" danışıqlara 65 milyon avrodan başlamağı planlaşdırır. Parislilərin qiyməti aşağı salmağa çalışacağı gözlənilir. Klublar təxminən 55 milyon avroya razılığa gələ bilərlər.

26 yaşlı ispaniyalı hücumçu 2022-ci ildən "Barselona"da çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə keçirdiyi 49 matçda 21 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Dəyişən çempion, yeniliklərlə yadda qalan mövsüm: Premyer Liqanın YEKUNLARI
Konfrans Liqası: "Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzub - YENİLƏNİB-9
"Aston Villa" Ferran Torresin transferi üzərində işləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər