FTB və Məxfi Xidmət "Binance"ə qarşı kiberhücumla bağlı araşdırmaya başlayıb
ABŞ Federal Təhqiqat Bürosu (FTB) və Məxfi Xidmət "Binance" kriptovalyuta birjasına qarşı genişmiqyaslı kiberhücumun hallarını araşdırır.
"Report" xəbər verir ki, bu barədə hər iki qurumun mətbuat xidmətləri məlumat yayıb.
FTB-dən bildirilib ki, hadisə ilə bağlı məlumat əldə edilib və hücumun miqyasını müəyyənləşdirmək, mümkün nəticələrini qiymətləndirmək, eləcə də zəruri istintaq tədbirlərini əlaqələndirmək məqsədilə dövlət və özəl sektorun tərəfdaşları ilə əməkdaşlıq edilir.
Məxfi Xidmətdən isə qeyd olunub ki, kibercinayətkarların şəxsiyyətinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi üçün Kolumbiya dairəsinin prokurorluğu və hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq aparılır.
Qeyd edək ki, "Binance" kriptovalyuta birjası oktyabrın 29-da haker hücumuna məruz qalıb. İlkin məlumata görə, itkilərin həcmi təxminən 6,3 milyard dollar təşkil edib. Bununla belə, istifadəçilərin depozitlərinə zərər dəyməyib.
Hücumdan sonra birja vəsaitlərin mədaxili və məxarici üzrə bütün əməliyyatları dayandırıb. Əməliyyatların yaxın iki gün ərzində bərpa olunacağı gözlənilir.
Blokçeyn sənayesindəki tərəfdaşlarla əməkdaşlıq nəticəsində təsirə məruz qalmış aktivlərin bir hissəsini dondurmaq mümkün olub. Hazırda birbaşa blokçeyndə təxminən 3 milyard dollar dəyərində vəsait bloklanıb.
Oxşar xəbərlər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
Bitkoinin qiyməti kripto bazarda kütləvi ləğvlər fonunda 79 min dollardan aşağı düşüb
-
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.10.2026)













