Valdas Dambrauskas: "Orhus"la matçdan sonra nəticəyə görə fəxr edən tərəf olmaq istəyirik"
"Sabah" "Orhus"la matçdan sonra nəticəyə görə fəxr edən tərəf olmaq istəyir.
"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Orhus"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis doğma meydanda qələbə qazanmaq istədiklərini bildirib:
"Rəqib komanda Bakıya xoş gəlib. İnanıram ki, sabah həyəcanlı oyuna şahidlik edəcəyik. Lakin biz ev sahibi komandayıq. Azarkeşlərimizin dəstəyini hiss edəcəyimizə inanıram. Bir qolluq fərqi aradan qaldıracağıq. Görüşün sonunda nəticəyə görə fəxr edən tərəf olmaq istəyirik".
V.Dambrauskas səfər matçında yaxşı oynadıqlarını vurğulayıb:
"Rəqib komandanın heyətində yaxşı futbolçular çoxdur. Rəqibə qarşı ilk oyunda yaxşı çıxış etdik. Bəlkə də futbolçularımız belə bu mərhələyə qədər yaxşı çıxış edəcəyimizə inanmırdılar. "Orhus"un stadionunda möhtəşəm atmosfer var idi. Məğlubiyyətdən narazı qalmışdıq. İnşallah, cavab görüşündə səhvləri təhlil etdikdən sonra uğurlu nəticə qazanacağıq".
O, havanın nəticəyə təsir etmədiyini söyləyib:
"İqlim faktoru çox önəmli deyil. Biz orada olarkən hava başqa cür də ola bilərdi. Yəni, məğlubiyyəti hava ilə bağlamaq düzgün olmazdı. Mənim üçün ən arzuolunmaz vəziyyət havanın hədsiz küləkli olmasıdır. İnanırıq ki, sabah hər şey qaydasında olacaq".
Qeyd edək ki, "Sabah" – "Orhus" oyunu avqustun 11-də, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək. İlk görüşdə Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda Milli Təhlükəsizlik Şurasına katib təyin edilib
-
Fransanın çox hissəsində quraqlıq səbəbindən böhran vəziyyəti yaranıb
-
Hansı bürclər digərlərindən fərqlənir?
-
Cəlilabadda transformator partlayıb, yanğın baş verib
-
Almaniya dronlarla mübarizə üzrə xüsusi bölmənin sayını ikiqat artıracaq
-
ABŞ İranın blokadasından sonra 55 ticarət gəmisini yönləndirib













