Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan birinciliklərinə start verilib
Far.Az xəbər saytı

Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan birinciliklərinə start verilib


Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə 31-ci, aerobika gimnastikası üzrə isə 10-cu ölkə birinciliyinə start verilib.

"Far.Az" xəbər verir ki, iki gün davam edəcək yarışlarda ölkənin müxtəlif idman klublarını təmsil edən gimnastlar fərqli yaş kateqoriyaları və proqramlar üzrə birincilik uğrunda mübarizə aparırlar.

Yarışın ilk günündə akrobatika gimnastikası üzrə kiçiklər, uşaqlar və yeniyetmələr yaş kateqoriyalarında qadın cütlükləri, qadın qrupları və qarışıq cütlüklər balans hərəkətləri proqramında öz bacarıqlarını nümayiş etdiriblər.

Aerobika gimnastikası üzrə isə kiçiklər, uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyalarında qadın və kişi gimnastlar fərdi proqramlarda çıxış ediblər.

Günün sonunda aerobika gimnastikası üzrə gənclər yaş kateqoriyasında qadınların fərdi yarışında qaliblər müəyyənləşib. Milli komandamızın üzvləri uğurlu çıxışları ilə fəxri kürsünün hər üç pilləsində yer alıblar.

Belə ki, Ayan Ağayeva qızıl, Əminə Mustafayeva gümüş, Aydan Məlikova isə bürünc medal qazanıb.

Qeyd edək ki, oktyabrın 28-də ölkə birincilikləri növbəti yarış proqramları ilə davam edəcək.

Oxşar xəbərlər

Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər