Rejissor Namiq Ağayev: Vətən müharibəsi haqqında məmnuniyyətlə film çəkərəm
Rejissor Namiq Ağayev Vətən müharibəsi haqqında film çəkmək istədiyini bildirib.
O bu barədə fikirləri "Far.Az"a geniş müsahibəsində deyib.
Rejissorun sözlərinə görə, Vətən müharibəsi mövzusunda insan hekayələri ilə yanaşı, sırf müharibənin özü də kinoya çəkilməlidir.
"Günü bu gün də bu mövzuda hərbçilərimizin çıxışlarına baxıram, dinləyirəm... Nə hekayələr var onların çıxışlarında... Bir-birindən tamamilə fərqli, ayrı xətt. Məmnuniyyətlə çəkərəm. Özü də kifayət qədər ssenarilər var, bəli, insan hekayələri çəkilməlidir, vacibdir, razıyam, amma müharibənin özü də lazımdır axı. Cəbhə, cəbhənin içi, səngər, Şuşanın alınması, o əlbəyaxa döyüş, nə bilim, nələr, nələr. Bunları göstərmək lazımdır, əsgərləri dinlədikcə görürsən ki, təkrar olmayan necə mövzular var, səngər haqqında, düşmənlə münasibət haqqında. Yenə də deyirəm, hamısını məmnuniyyətlə çəkərəm".
Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.
Oxşar xəbərlər
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar













