Azərbaycanda külək enerjisinin istehsalı 13 dəfədən çox artıb
Far.Az xəbər saytı

Azərbaycanda külək enerjisinin istehsalı 13 dəfədən çox artıb


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda külək elektrik stansiyalarında 960,3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin 10 ayı ilə müqayisədə 13,1 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanda 22 milyard 060 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin ilk 10 ayı ilə müqayisədə 2,2 % azdır. Bunun 21 milyard 421,5 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 1,7 % azdır.

Bunun 2 milyard 991 milyon kVt/saatı su elektrik stansiyalarının (il ərzində 18,6 % artıb), 16 milyard 697,9 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının (- 9,8 %), 170,7 milyon kVt/saat biokütlə və tullantıların yandırılmasından alınan elektrik enerjisi (+7,3 %) istehsalının payına düşür.

Hesabat dövründə günəş elektrik stansiyalarında 601,6 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 13 % çoxdur.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev Naxçıvanda "Şəms 1" və "Qərbi Üfüq" Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olub
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər