Köçəryanın işi üzrə altı nəfərin həbsi barədə məhkəməyə vəsatətlər verilib - YENİLƏNİB-4
Far.Az xəbər saytı

Köçəryanın işi üzrə altı nəfərin həbsi barədə məhkəməyə vəsatətlər verilib - YENİLƏNİB-4


Ermənistanın Antikorrupsiya Məhkəməsinə sabiq prezident, "Ermənistan" blokunun lideri Robert Köçəryan da daxil olmaqla, altı nəfər barəsində həbs qətimkan tədbirinin tətbiqi barədə vəsatətlər verilib.

"Far.Az" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə respublikanın Antikorrupsiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

"Antikorrupsiya Komitəsində xüsusilə külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda rüşvət alma faktları üzrə həyata keçirilən cinayət icraatı çərçivəsində, bu gün saxlanılan altı nəfər, o cümlədən sabiq prezidentin oğlu, eləcə də 1999-2009-cu illərdə hökumət bağları təsərrüfatının direktoru olmuş A.V. və onun ailə üzvləri barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə Antikorrupsiya Məhkəməsinə vəsatətlər təqdim edilib, saxlanılan sabiq prezident R.K. isə lazımi tibbi müayinələrdən keçdikdən sonra məhkəməyə gətiriləcək", - bəyanatda bildirilib.

Daha əvvəl Antikorrupsiya Komitəsi məlumat verib ki, cinayət icraatı çərçivəsində altı nəfər, o cümlədən Robert Köçəryan, onun oğlu və digər şəxslər saxlanılıblar.

Ermənistanın keçmiş prezidenti Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə (3 epizod), xüsusilə külli miqdarda rüşvət alma (2 epizod) və xüsusilə külli miqdarda çirkli pulların yuyulması (4 epizod) ittihamları üzrə açıq cinayət istintaqına başlanılıb.

"Far.Az"un məlumatına görə, bu barədə "Aysor" xəbər verir.

Antikorrupsiya Komitəsinin apardığı istintaq çərçivəsində müəyyən edilib ki, 1998-2008-ci illərdə Ermənistan prezidenti vəzifəsini tutmuş Köçəryan bir sıra şəxslərlə əlbir hərəkət edərək və şəxsi və özəl maraqlardan çıxış edərək, dövlət mülkiyyətini özünə, onunla əlaqəli şəxslərə və şirkətlərə güzəştli şərtlərlə, o cümlədən bazar qiymətindən xeyli aşağı qiymətə və açıq hərraclar keçirilmədən ötürmək, habelə bu mülkiyyətin cinayət yolu ilə əldə edilməsini gizlətmək və ona qanuni görkəm vermək məqsədilə xidməti səlahiyyətlərindən istifadə edib.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən cinayət işi üzrə aparılan istintaq çərçivəsində altı nəfər, o cümlədən sabiq prezident Robert Köçəryan, onun oğlu Sedrak və cinayət sxemləri ilə əlaqəli olduğu ehtimal edilən digər şəxslər saxlanılıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Aysor" məlumat yayıb.

Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən araşdırılan cinayət işinin materiallarına əsasən, Robert Köçəryanın ona yaxın şəxslərlə əvvəlcədən əldə olunmuş razılaşma əsasında hərəkət edərək və öz qulluq mövqeyindən istifadə edərək, müxtəlif uydurma bəhanələrlə ictimai-iqtisadi əhəmiyyət kəsb edən bir sıra qiymətli daşınmaz əmlak obyektlərini dövlət mülkiyyətindən çıxardığı və bazar qiymətindən xeyli aşağı qiymətə əldə etdiyi barədə faktiki məlumatlar əldə edilib.

İbtidai istintaqın məlumatlarına görə, faktiki mülkiyyət hüququnu və kriminal mənşəyini gizlətmək məqsədilə əmlak əlaqəli şirkətlərə verilib. Nəticədə əldə edilmiş daşınmaz əmlak tikinti və satış, üçüncü şəxslərin xeyrinə özgəninkiləşdirmə, o cümlədən bağışlanma yolu ilə satılıb.

İbtidai istintaq çərçivəsində 2001-2019-cu illər ərzində sabiq prezidentin oğlunun adına həyata keçirilmiş, ümumi məbləği təxminən 144 milyard dram, 309 milyon dollar, 77 milyon avro və 18 milyon rubl olan pul köçürmələri ilə bağlı hallar da öyrənilir. Bundan başqa, cinayət təqibinə cəlb edilmiş şəxslərə və onların ailə üzvlərinə məxsus olan, Ermənistanda və xaricdə otuzdan çox daşınmaz əmlak obyektinin əldə edilməsi halları araşdırılır.

Ermənistanın sabiq prezidenti Robert Köçəryan və onun oğlu Sedrak Köçəryan saxlanılıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Aysor" Ermənistanın Antikorrupsiya Komitəsinə istinadən məlumat yayıb.

"Ermənistanın Antikorrupsiya Komitəsinin korrupsiya cinayətləri üzrə apardığı təhqiqat çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilir. Zərurət yarandıqda, əlavə məlumat veriləcək", - komitənin açıqlamasında bildirilir.

Ermənistanın ikinci prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a "Ermənistan" blokunun deputatı Aqnessa Xamoyan məlumat verib.

Vergi xidməti Köçəryanlar ailəsinə məxsus "Toyota" salonunu möhürləyib. Həmçinin "Oranj fitnes" idman kompleksində istintaq hərəkətləri həyata keçirilir. Səhər saatlarından etibarən Robert Köçəryanın oğlu Levonun evində axtarışlar aparılır. Antikorrupsiya Komitəsindən bildirilib ki, cinayət işinin icraatı çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilir.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Baş Prokurorluq: Köçəryana qarşı cinayət istintaqı başlanılıb - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər