Məktəblər açılır, virus təhlükəsi artır: uşaqları necə qoruyaq?
Far.Az xəbər saytı

Məktəblər açılır, virus təhlükəsi artır: uşaqları necə qoruyaq?


"Məktəblərdə infeksiyaların yayılması ilə bağlı əsas problem ondan ibarətdir ki, uşaqlar uzun müddət qapalı mühitdə və bir kollektiv daxilində olurlar. Xüsusilə 45-90 dəqiqəlik dərslər zamanı uşaqların bir-biri ilə yaxın təması hava-damcı yolu ilə yayılan infeksiyaların ötürülməsini asanlaşdıra bilər".

Bunu Far.Az-ə açıqlamasında tibb elmləri doktoru, infeksionist Adil Qeybulla bildirib.

Tanınmış professorun sözlərinə görə, xəstə uşaq öskürdükdə və ya asqırdıqda virus və mikroblar ətraf mühitə yayılır və digər uşaqların yoluxma riski artır:

"Buna görə də müəllimlər və valideynlər bu məsələyə xüsusi diqqət yetirməlidirlər. Özünü xəstə hiss edən və ya xəstəliyin hər hansı əlamətlərini göstərən uşaqların dərsə göndərilməsi məqsədəuyğun deyil.

Belə hallarda uşağın həkim müayinəsindən keçməsi və müvafiq tibbi arayış əsasında, imkan olduğu təqdirdə, müəyyən müddət onlayn təhsilə cəlb edilməsi mümkün ola bilər. Bunun bir qayda kimi tətbiq edilməsi vacibdir. Çünki bir xəstə uşaq məktəbə gəldikdə qısa müddətdə çoxsaylı uşaqları yoluxdura bilər. Ona görə də mümkün qədər belə təmasların qarşısını almaq lazımdır.

Əgər dərsdə xəstəlik əlamətləri olan uşaq artıq iştirak edirsə, həmin sinifdə maska istifadəsi də nəzərdən keçirilməlidir. Xüsusilə respirator infeksiyaların geniş yayıldığı dövrlərdə maskadan istifadə yoluxma riskinin azalmasına kömək edə bilər".

Orxan Hüseyn

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
"Global Media Group" "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər