ABB-dən "yaşıl enerji" layihələrinə agent bank dəstəyi!
Azərbaycan dövlətinin 2032-ci ilədək 8 QVt–lıq "yaşıl enerji" hədəfinə uyğun olaraq ABB ölkədə həyata keçirilən "yaşıl enerji" layihələrində yaxından iştirak edir. Bank hazırda "Masdar", "ACWA" və "Universal Solar" şirkətlərinin Azərbaycanın müxtəlif regionlarında həyata keçirdiyi layihələrə agent bank kimi dəstək verir.
Bu layihələrdən biri "Masdar" şirkətinin Biləsuvar rayonunda həyata keçirdiyi 445 MVt gücündə günəş elektrik stansiyası layihəsidir. Bu layihə təxminən 190 000-dən çox evin elektrik enerjisi ilə təmin olunmasına, illik 393 000 tondan çox CO₂ emissiyasının qarşısının alınmasına imkan verəcək.
ABB "Masdar" şirkətinin Neftçala rayonunun Bankə qəsəbəsində yaratdığı 315 MVt gücündə günəş elektrik stansiyası layihəsinə də dəstək verir. Stansiya 140 000-dən çox evi elektrik enerjisi ilə təmin edəcək. İllik 280 000 ton CO₂ emissiyasının qarşısını alacaq.
Bank həmçinin "ACWA" şirkəti ilə tərəfdaşlıq əsasında Abşeron-Xızı rayonunda quruda külək enerjisi layihəsinin yaradılmasına dəstək verir. 240 MVt gücündə layihə sayəsində 300 000-dən çox ev "yaşıl elektrik enerjisi" ilə təmin ediləcək, illik 400 000 tondan çox CO₂ emissiyasının qarşısı alınacaq.
ABB-nin dəstəyi ilə uğurla reallaşdırılan daha bir "yaşıl enerji" layihəsi isə Qaradağ rayonunda 100 MVt gücündə günəş enerjisi layihəsidir. Bu layihə təxminən 50 000 evin elektrik enerjisi ilə təmin edilməsinə, illik 146 500 tondan çox CO₂ emissiyasının qarşısının alınmasına kömək göstərəcək.
Beləliklə, ABB-nin agent bank rolu ilə reallaşdırılan "yaşıl enerji" layihələrinin ümumi həcmi ölkənin 2032-ci ilə qədər qarşıya qoyduğu hədəfin ilkin mühüm hissəsidir.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılışı keçirilib - ƏLAVƏ OLUNUB
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü
-
"Şamaxinka"dan Biləcəri enən yol bağlanacaq
-
Sakinlərin kabusuna çevrilən küçə itləri dəhşət saçır: 100-dən çox insan xəstəxanalıq olub
-
ABŞ-da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb
-
Ramil Nabran: "İllərin böyük sənətkarları bu gün bayağı ifaçıların kölgəsində qalıblar"
-
Minneapolis şəhərindəki atışmada azı 2 nəfər ölüb - YENİLƏNİB













