QHT-lər üçün qrant müsabiqəsi elan edilib
Far.Az xəbər saytı

QHT-lər üçün qrant müsabiqəsi elan edilib


Qeyri-Hökumət Təşkilatları (QHT) üçün "Azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma və icma həyatına dəstək" mövzusunda qrant müsabiqəsi elan edilib.

"Report" xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna başlanılıb.

Müraciət üçün son tarix noyabrın 20-sidir.

Həmçinin oktyabrın 30-da Dövlət Dəstəyi Agentliyinin operatorluğu ilə Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Qarabağ Dirçəliş Fondu, ƏƏSMN yanında Sosial Xidmətlər Agentliyi ilə birlikdə olan qrant müsabiqələrinə dair infosessiya keçiriləcək.

İnfosessiyada Prezident Administrasiyasının və donor qurumların məsul şəxsləri iştirak edəcək.

Oxşar xəbərlər

Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər
QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
QHT Agentliyi 2026-cı il üzrə qrant müsabiqələri elan edir
BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər