Yolunu qısaltmaq istədi, həyatından oldu - DƏHŞƏTLİ QƏZA
"Sentyabrın 3-də Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi yollarda təhlükəsizliyin bir an belə diqqətdən kənarda saxlanılmamasının vacibliyini bir daha göstərir".
Far.Az Oxu.az-a xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev deyib.
O bildirib ki, çoxzolaqlı yol sadəcə keçilməli olan geniş məsafə deyil və onun hər zolağı ayrıca təhlükə mənbəyidir.
"Bir zolaqdakı sürücü piyadanı görsə də, digər zolaqda hərəkət edən sürücü onu vaxtında görməyə bilər. Avtomobillərin arasından qəfil yola çıxmaq, yolun ortasında dayanmaq, geri qayıtmaq və ya qaçmaq qəza riskini daha da artırır", - deyə R.Tağıyev qeyd edib.
Şöbə rəisinin sözlərinə görə, intensiv hərəkətin olduğu yollarda məsafəni gözlə hesablamaq aldadıcı ola bilər. Uzaqda görünən avtomobil qısa müddətdə piyadanın olduğu nöqtəyə çata bilər.
O vurğulayıb ki, piyada hərəkət hissəsində olarkən bütün zolaqlardakı nəqliyyat vasitələrinin sürətini və məsafəsini eyni anda düzgün qiymətləndirə bilməz:
"Yolu qaçaraq keçmək təhlükəli sahədə qalma müddətini azaltmır, əksinə, vəziyyətə nəzarəti zəiflədir. Bir neçə saniyə tez qarşı tərəfə çatmaq istəyi insanı bir neçə fərqli risklə eyni anda üz-üzə qoyur".
DYP rəsmisi piyadalara müraciət edərək onları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb:
"Bir neçə dəqiqəyə qənaət etmək üçün həyatınızı riskə atmayın. Yolun digər tərəfinə ən qısa yolla deyil, ən təhlükəsiz yolla keçin. Yaxınlıqda piyada keçidi və ya yerüstü keçid varsa, ondan istifadə etmək seçim deyil, həyatınızı qoruyan zərurətdir.
Yolunuzu qısaltmağa deyil, mənzil başına sağ-salamat çatmağa çalışın".
Oxşar xəbərlər
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü
-
Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb, bəyanat qəbul edilib
-
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
-
76 illik məşhur avtomobil şirkəti istehsalı dayandıra bilər
-
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI
-
İstanbulda təhlükəsizlik qüvvələri ilə İŞİD terrorçusu arasında atışma olub, ölən və yaralanan var













