Özbəkistanla ABŞ 12 milyard dollarlıq sazişlər imzalayıb
Far.Az xəbər saytı

Özbəkistanla ABŞ 12 milyard dollarlıq sazişlər imzalayıb


Özbəkistanla ABŞ arasında ümumi məbləği 12 milyard dollar olan layihələrin həyata keçirilməsini nəzərdə tutan sazişlər imzalanıb.

"Far.Az" Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mətbuat xidmətinə istinadən xəbər verir ki, onun ABŞ dövlət katibi Marko Rubio ilə görüşündə iki ölkə arasında genişləndirilmiş strateji tərəfdaşlığın işə salınmasına xüsusi diqqət yetirilib.

"Bu formatda ilk dialoqun yekunlarına əsasən, ümumi məbləği 12 milyard dollar olan layihələrin həyata keçirilməsini nəzərdə tutan bir sıra sazişlər imzalanıb. İmzalanmış sənədlər sırasına kosmik fəzanın sülh məqsədilə mənimsənilməsi sahəsində beynəlxalq əməkdaşlığın inkişafına yönəlmiş "Artemida sazişləri" də daxil olub", - məlumatda bildirilib.

Görüşdə qeyd edilib ki, 2026-cı ilin əvvəlindən Özbəkistan və ABŞ arasında əmtəə dövriyyəsi 35% artıb.

Hazırda ölkələr mülki aviasiya, avtomobilqayırma, mədənçıxarma sənayesi, energetika, kənd təsərrüfatı, rəqəmsallaşma və maliyyə sektorunda iri birgə layihələr həyata keçirir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər