Bakıda "ALUFAR IRONMAN 70.3 Baku" beynəlxalq triatlon yarışı start götürüb
Bakıda "ALUFAR IRONMAN 70.3 Baku" beynəlxalq triatlon yarışı start götürüb.
"Report" xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin köməkçisi və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə və digər rəsmi qonaqlar iştirak ediblər.
Açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib.
Bakıda keçirilən "ALUFAR IRONMAN 70.3 Baku" tədbiri çərçivəsində keçirilən yarışlarda 62 ölkədən 1500-dən çox idmançı iştirak edir. Azərbaycan 123 idmançı ilə təmsil olunur.
"IRONMAN 70.3" yarışı kişilər və qadınlar arasında 13 yaş kateqoriyası üzrə keçirilir. Yarışda iştirakçılar 1,9 kilometr üzgüçülük, 90,1 kilometr velosiped və 21,1 kilometr qaçış mərhələlərini qət edəcəklər.
Yarış Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
-
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
-
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb













