Tramp İrana qarşı yeni hərbi əməliyyatı istisna etməyib
Far.Az xəbər saytı

Tramp İrana qarşı yeni hərbi əməliyyatı istisna etməyib


ABŞ Prezidenti Donald Tramp Tehranın fikir ayrılıqlarının nizamlanması üzrə Vaşinqtonun şərtləri ilə razılaşmayacağı halda, İrana qarşı yeni hərbi əməliyyatın keçirilməsini istisna etməyib.

"Far.Az" "The Times of Israel"ə istinadən xəbər verir ki, bunu Amerika lideri Florida ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib.

Tramp xatırladıb ki, 2025-ci ilin iyununda Amerika silahlı qüvvələri "Gecəyarı çəkici" əməliyyatını həyata keçirib və onun sözlərinə görə, bu əməliyyat zamanı İranın uran zənginləşdirmə obyektləri məhv edilib.

O həmçinin 2026-cı il fevralın 28-də başlayan "Epik qəzəb" əməliyyatını da xatırladıb ki, bu əməliyyat çərçivəsində digər hərbi hədəflərə nail olunub.

Trampın sözlərinə görə, əgər İran rəhbərliyi "ağıllı hərəkət etsəydi", Vaşinqtonun təkliflərinin konkret müzakirəsinə keçməyə razılaşardı.

"Əgər onlar ağıllı olsaydılar, deyərdilər: "Gəlin işə keçək", - Amerika lideri qeyd edib.

Bununla belə, Tramp Tehranın belə bir addıma razılaşacağına şübhə etdiyini bildirib.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Mingəçevirdə növbəti "Kürü keçək?! 5" yarışı keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər