Putin: Tramp Rusiya-Ukrayna münaqişəsini nizamlamaq cəhdlərini dayandırmır
Far.Az xəbər saytı

Putin: Tramp Rusiya-Ukrayna münaqişəsini nizamlamaq cəhdlərini dayandırmır


ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin nizama salınmasına töhfə vermək cəhdlərini dayandırmır.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin amerikalı müzakirəçilər Stiv Uitkoff və Cared Kuşnerlə görüşündə bildirib.

"Başa düşürəm ki, bütövlükdə o (Tramp - red.), mürəkkəb bir vəziyyətə daxil olur, bununla belə, Rusiya-Ukrayna münaqişəsinin nizama salınmasına öz töhfəsini vermək cəhdlərini dayandırmır", - Putin deyib.

Putin həmçinin bu diplomatik prosesdə Moskvanın Amerika nümayəndə heyətinə etimadının yüksək səviyyədə olduğunu qeyd edərək əlavə edib ki, nəticəsindən asılı olmayaraq bu cür təmaslar həmişə faydalıdır.

Ukrayna ilə atəşkəs rejimi kontekstində Rusiya lideri vurğulayıb ki, tərəflər bunu üç gündən çox olmayaraq qüvvədə saxlamaq barədə razılığa gəliblər. Onun sözlərinə görə, Ukrayna tərəfi üç günlük daha geniş barışığa çağırıb, lakin bu barədə razılıq əldə olunmayıb.

"Bizə bu xahiş (zərbələrin dayandırılması haqqında - red.) rəsmi kanallarla, xüsusi xidmət orqanları və XİN kanalları ilə daxil olub. Bu günün sıfır saatlarından etibarən Kiyevə zərbələr endirilməyib. Qeyd etmək istəyirəm ki, Ukrayna tərəfi də Rusiya ərazisinə, o cümlədən Moskvaya zərbələri əhəmiyyətli dərəcədə azaldıb", - Putin bildirib.

O həmçinin əlavə edib ki, Moskvadakı görüşdən sonra Uitkoff və Kuşner danışıqları davam etdirmək üçün Kiyevə yola düşəcəklər.

Oxşar xəbərlər

İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər