Mürsəl İbrahimov Naxçıvanda vətəndaş qəbulu keçirəcək
Far.Az xəbər saytı

Mürsəl İbrahimov Naxçıvanda vətəndaş qəbulu keçirəcək


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov 25 sentyabr 2026-cı il tarixdə saat 10:00-da Naxçıvanda vətəndaş qəbulu keçirəcək.

Bu barədə "Report"a Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin inzibati binasında Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul ediləcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 21 sentyabr 2026-cı il tarixədək SHXÇDX-nın adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Mürsəl İbrahimov Ağsuda vətəndaşları qəbul edib
Mürsəl İbrahimov Goranboyda vətəndaşların problemlərini dinləyib
Mürsəl İbrahimov Sabirabadda vətəndaş qəbulu keçirib
Mürsəl İbrahimov Bərdədə vətəndaşları qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər