Ramal Quluzadə: Regionlarda da Gələcək Peşələr Sammitinin keçirilməsi nəzərdə tutulur
Regionlarda da Gələcək Peşələr Sammitinin keçirilməsi nəzərdə tutulur
"Far.Az" xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədr müavini Ramal Quluzadə "Gələcəyin Peşələr Sammiti" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ümumilikdə sammit çərçivəsində müxtəlif panellərin və vorkşopların keçirilməsi planlaşdırılır:
"Panellərdə gələcəyin peşələri, qarşıdakı dövrdə hansı peşələrin inkişaf edəcəyi, bu sahədə hansı tendensiyaların gözlənildiyi müzakirə olunur. Beynəlxalq ekspertlər öz dəyərli fikirlərini bölüşürlər. Müzakirələr çərçivəsində bu istiqamətdə ümumi nəticələr əldə ediləcək".
R.Quluzadə sammitdə həmçinin həssas kateqoriyalara aid şəxslərin məşğulluğunun təmin edilməsinə diqqət yetirildiyini vurğulayıb:
"Bununla da Məşğulluq Həftəsinin dörd günlük proqramı yekunlaşacaq. İlk gün keçirilən Milli Məşğulluq Forumunda daha çox bu sahənin nəzəri tərəflərinə, işəgötürənlərlə bağlı proseslərin fundamental təhlilinə və dünyadakı təcrübələrin öyrənilməsinə diqqət yetirirdik. Xüsusilə həssas kateqoriyalara aid şəxslərin məşğulluğunun təmin edilməsi və onlar üçün iş imkanlarının yaradılması ilə bağlı müzakirələr aparılırdı. Bu gün keçirilən Gələcək Peşələr Sammitində isə daha çox peşələrin gələcəyinə, onların inkişaf perspektivlərinə və bu sahədəki tendensiyalara diqqət yetirilir".
Sədr müavini sabah Dövlət-Biznes Əməkdaşlıq Forumunun keçiriləcəyini də diqqətə çatdırıb:
"Növbəti gün keçiriləcək Dövlət-Biznes Əməkdaşlıq Forumunda isə peşə və ixtisasların gələcək rolunda dövlətin və biznesin qarşılıqlı fəaliyyəti, bu prosesdə tənzimləmələrin necə aparılmalı olduğu müzakirə ediləcək. Həmçinin sosial tərəfdaşlarımızın və ictimai birliklərimizin bu proseslərdə necə iştirak edəcəyi diqqət mərkəzində olacaq. Bütün bu proseslərdə iştirak edən tərəfləri dörd gün ərzində keçirilən tədbirlərdə bir araya gətirmək, onların fikirlərini dinləmək və gələcəklə bağlı ümumi nəticələr əldə etmək əsas məqsədimizdir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Şəhərlər üçün texnologiyalar: "Yango Group" Bakıda keçirilən WUF13 forumunda şəhər mühitinin inkişafına yönəlmiş həllər təqdim edib
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













