Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimləri Zəfər parkını ziyarət ediblər
Far.Az xəbər saytı

Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimləri Zəfər parkını ziyarət ediblər


Azərbaycanda səfərdə olan Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyəti Zəfər parkını ziyarət edib.

"Report" xəbər verir ki, ziyarət zamanı qonaqlar Zəfər parkı haqqında ətraflı məlumatlandırılıblar.

Qeyd edilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi olaraq hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı isə 44 olan Zəfər tağı inşa edilib.

Vurğulanıb ki, Zəfər parkı Azərbaycan xalqının Vətən müharibəsindəki qəhrəmanlığı və qazandığı tarixi Zəfərin əbədiləşdirilməsi məqsədilə yaradılıb.

Bildirilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə baş tutan səfər "Zəfərin yolu: Qələbənin izi ilə" layihəsi çərçivəsində gerçəkləşdirilib.

Səfərdə Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən 50-yə yaxın azərbaycanlı din xadimi iştirak edir.

Səfərin məqsədi milli-mənəvi dəyərlərin qorunması, xaricdə yaşayan soydaşların tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.

Səfər proqramının ilk mərhələsində nümayəndə heyəti Fəxri xiyaban, Şəhidlər xiyabanı, Türk Şəhidliyi abidəsi, Bibiheybət məscid-ziyarətgah kompleksi ilə də tanış olub.

Oxşar xəbərlər

Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Bibiheybət məscidini ziyarət edib
Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər