Şuşaya gələn din xadimləri Yuxarı və Aşağı Gövhər ağa məscidlərini ziyarət ediblər - YENİLƏNİB-3
Türkiyə, Gürcüstan və İraqdan gələn azərbaycanlı din xadimləri Şuşada Yuxarı və Aşağı Gövhər ağa məscidlərini ziyarət ediblər.
"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, qonaqlara həmin məscidlərinin tarixi, fəaliyyəti barədə geniş məlumatlar verilib, bu dini məbədlərin işğal dövründəki fotoları onlara təqdim olunub.
Qeyd edilib ki, Şuşa şəhərində mövcud olan 21 məscidin bir çoxu işğal dönəmində dağıdılıb, ziyarət olunan məscidlərdə isə donuz saxlanılıb.
Azərbaycan ərazilərinin işağalı zamanı tarixi-dini abidələrin də ermənilərin vandalizm siyasətinə məruz qaldığı qonaqların diqqətinə çatdırılıb.
Türkiyə, Gürcüstan və İraqdan gələn din xadimləri Şuşa qalasını ziyarət ediblər.
"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, qonaqlar qala divarlarının tarixi və əhəmiyyəti barədə məlumatlandırılıblar.
Qeyd edilib ki, Şuşa qalasında üç - Gəncə, İrəvan və Ağoğlan istiqamətdə qapılar mövcud olub. Qapıların hər birinin həm özünün xüsusi əhəmiyyəti olduğu qonaqların diqqətinə çatdırılıb.
Daha sonra qala divarları qarşısında xatirə şəkli çəkdirilib.
Türkiyə, Gürcüstan və İraqdan gələn azərbaycanlı din xadimləri Şuşa şəhərində Zəfər abidəsini ziyarət ediblər.
"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, qonaqlar Zəfər meydanında Azərbaycanın dünya şöhrətli musiqiçiləri Üzeyir Hacıbəyli, Bülbül və şairə Xurşidbanu Natəvanın büstlərinin işğal dövründə güllələnməsi barədə məlumatlandırılıblar.
Daha sonra qonaqlar Natəvanın evi və onun təşəbbüsü ilə inşa edilən bulaq kompleksinə baş çəkiblər.
Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərinin Şuşa şəhərinə səfəri başlayıb.
"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun "Zəfərin yolu: Qələbənin izi ilə" layihəsi çərçivəsində baş tutan səfər zamanı qonaqlar şəhərin gəzməli yerləri və turizm məkanlarında olacaqlar.
Bildirilib ki, səfərin məqsədi milli-mənəvi dəyərlərin qorunması, xaricdə yaşayan azərbaycanlıların tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.
Qonaqlar Şuşaya səfər zamanı Güllələnmiş heykəllər, Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi, Saatlı və Mamayı məscidləri, Cıdır düzü, Vaqif muzey-məqbərə kompleksini ziyarət edəcəklər.
Oxşar xəbərlər
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Bibiheybət məscidini ziyarət edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
-
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb
-
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
-
"Formula 1"in keçmiş rəhbəri Berni Ekklstoun silah üstəndə saxlanılıb
-
Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı
-
Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər













