Kərküklü din xadimi: Bu gün Azərbaycan çox güclü dövlətdir
Far.Az xəbər saytı

Kərküklü din xadimi: Bu gün Azərbaycan çox güclü dövlətdir


Hazırda Azərbaycan çox güclü dövlətdir.

Bunu "Report"un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Kərkükdən gələn azərbaycanlı din xadimi Yəhya Qahtan Mahmud deyib.

Y.Q.Mahmud İraq türkmanı olaraq, işğal dövründə Qarabağda törədilmiş dağıntılar və insanlara verilən işgəncələrin izi ilə tanışlığın onda dərin təəssürat yaratdığını vurğulayıb:

"İşğal dönəmindən sonra azad edilmiş ərazilərdə həyata keçirilən işlər həqiqətən çox möhtəşəmdir. Artıq Şuşada tamamilə fərqli mənzərə yaradılıb. Bunu görmək insanı həyəcanlandırır. Səfərimiz çərçivəsində bu torpaqlar uğrunda canlarını qurban vermiş şəhidlərin məzarlarını da ziyarət etdik. Allah onlara rəhmət eləsin. Gördüklərimizə əsasən deyə bilərəm ki, hazırda Azərbaycan çox güclü dövlətdir".

Oxşar xəbərlər

Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ
Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans keçirilir
OBA "OBA-da gənclərin izi" ilə 10 illik  tədbirlər planına start verdi
Şuşaya gələn din xadimləri Yuxarı və Aşağı Gövhər ağa məscidlərini ziyarət ediblər - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər