Samir Vəliyev: "Energetika sahəsində islahatlar enerji təchizatının keyfiyyətini artırır"
Far.Az xəbər saytı

Samir Vəliyev: "Energetika sahəsində islahatlar enerji təchizatının keyfiyyətini artırır"


Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, enerji səmərəliliyinin artırılması və enerji idarəetmə sistemlərinin təkmilləşdirilməsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə şərait yaradır.

"Far.Az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir müavini Samir Vəliyev "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə yaradılmış "Yaşıl enerji məkanı" İşçi qrupunun keçirdiyi növbəti iclas zamanı bildirib.

O qeyd edib ki, enerji mənbələrinin şaxələndirilməsinə, enerji xərclərinin və itkilərin azaldılmasına, iqtisadi rəqabətqabiliyyətliliyin yüksəldilməsinə də şərait yaradır.

S. Vəliyev bildirib ki, "Yaşıl enerji məkanı" məqsədi üzrə tədbirlərin reallaşdırılması enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasına və ətraf mühitin mühafizəsinin təmin edilməsinə mühüm töhfə verir. Qeyd olunub ki, elektrik və qaz təchizatı sahəsində aparılan islahatlar, elektrik şəbəkələrinin yenilənməsi və gücləndirilməsi, müasir avadanlıqların tətbiqi, yeni yarımstansiya və elektrik xətlərinin inşası enerji təchizatının keyfiyyət və etibarlılığını artırır.

Sonra İşçi Qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın 5.2-ci məqsədi - "Yaşil enerji məkani" üzrə nəzərdə tutulmuş aidiyyəti tədbirlərin icrası ilə bağlı 2026-cı ilin birinci yarımilliyin monitorinq və qiymətləndirmə nəticələrinə dair hesabatı təqdim edib, görülmüş işlər, aparılmış monitorinq və qiymətləndirmə nəticələri, hədəf indikatorları üzrə tədbirlərin icra göstəriciləri barədə məlumat verib.

İclasda İşçi qrup üzvlərinin hesabata dair rəy və təklifləri dinlənilib, icrası başa çatacaq tədbirlər üzrə 2026-cı il üçün hədəflənmiş işlərə dair çağırış və tövsiyələr, atılacaq növbəti addımlar nəzərdən keçirilib, eləcə də bu tədbirlərin icrasının tam və effektiv tamamlanması və qarşıdakı dövrdə yekun hesabatın vaxtında və dolğun hazırlanması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, "Yaşıl enerji məkanı" İşçi qrupunda Energetika Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, SOCAR, Mərkəzi Bank, Azərbaycan İnvestisiya Holdinqi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azərenerji", "Azərişıq", "Azəristiliktəchizat" ASC-lərin nümayəndələri təmsil olunur.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər