Həkim soyuqdəyməyə səbəb olan 3 vərdişi açıqladı
Soyuq havalarda bəzi gündəlik vərdişlər sağlamlığa mənfi təsir göstərə bilər. Həkim Aleksandr Umnov soyuqdəymə riskini artıra bilən davranışlar barədə danışıb.
Far.Az xəbər verir ki, həkim bu barədə "Lenta.ru"ya açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, yataq otağının pəncərəsi açıq vəziyyətdə yatmaq, havalar soyuduqda nazik geyim və yay ayaqqabılarından istifadə etmək, eləcə də soyuducudan çıxarılan həddindən artıq soyuq qidaları tez-tez qəbul etmək orqanizmə mənfi təsir göstərə bilər.
Aleksandr Umnov qeyd edib ki, bəzi insanlar yatmazdan əvvəl otağı havalandırmaq əvəzinə gecəboyu pəncərəni açıq saxlayırlar. Bu zaman yuxuda bədənin bəzi hissələrinin həddindən artıq soyuması mümkündür.
Həkim soyuq havalarda yüngül geyim və yay ayaqqabıları ilə çölə çıxmağın da düzgün olmadığını vurğulayıb. Ayaqların islanması və soyuğa məruz qalması narahatlığı artıra bilər.
Mütəxəssis həmçinin soyuducudan çıxarılan meyvə, şirə, yoqurt və dondurma kimi məhsulların çox soyuq halda sürətlə qəbul edilməsinə diqqət çəkib.
Qeyd edək ki, soyuqdəymə əsasən viruslardan qaynaqlanır. Soyuq hava və üşümə öz-özlüyündə virus infeksiyası yaratmır. İnfeksiyadan qorunmaq üçün gigiyena qaydalarına əməl etmək, otaqları müntəzəm havalandırmaq və xəstə insanlarla yaxın təması məhdudlaşdırmaq vacibdir.
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Leyla Əliyevanın təşəbbüsü ilə Albaniyada Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı istifadəyə verilib
Salahın Trabzonda yaşayacağı dəbdəbəli villa üzə çıxıb - 8 yataq otağı və 6 hamamı var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
-
"Sabah"a görə bu müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
-
Bakıda 25 yeni yol çəkiləcək - Tıxac problemi NECƏ HƏLL OLUNACAQ?
-
Bakının bu rayonunda iki gün SU OLMAYACAQ
-
Bakıda azyaşlının burnundan gilas tumu çıxarıldı - 2 ildir qalıbmış
-
"Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb













